İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfsanəvi kəşfiyyatçı “Xanı”dan geriyə qalan “Qarabağ şikəstəsi” - VİDEO

Xəbər verildiyi kimi, kəşfiyyatçı “Xanı” kimi tanınan Səyyaf Əhmədov Ağdamda minaya düşərək həlak olub. 

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə Səyyaf Əhmədovun “Qarabağ şikəstəsi”ni ifa etdiyi görüntü yayılıb.

Həmin videonu təqdim edirik:

Allah rəhmət eləsin! 

Xatırladaq ki, “Xanı” ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı Əhmədov Səyyaf Fiqan oğlu 5 aprel 1971-ci ildə Ağdamın İsmayılbəyli kəndində anadan olub. 4 övladı var. 1992-ci ildə könüllü olaraq orduya qatılıb. Keçirdiyi döyüşlərdə 3 dəfə ağır yaralanıb. Dövlət tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Heydər Əliyev tərəfindən iki medal alıb. Bunlardan biri vətən uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə, digəri isə hərbi xidmətdə fərqləndiyi üçün verilib. Bundan sonra Müdafiə Nazirliyi tərəfindən də 5 medala layiq görülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR