İnsanlara hürriyət, millətlərə istiqlal!

"Efirə həsrət qalmışam" - Fədayə Laçın

Müğənni Fədayə Laçın Rusiyadakı həyatından danışıb. 

Axşam.az xəbər verir ki, sənətçi "Evdəkilərə salam" verilişinin qonağı olub. Fədayə bildirib ki, yaxın günlərdə Azərbaycana qayıdacaq:

"3 ildir Rusyaya gəlmişəm. İki dəfə Bakıya toya getmişəm, yenə bura qayıtmışam. Tale məni bura atdı. Peşman da deyiləm. Mənim üçün bir qapı açıldı. Həbsdən sonra fürsət oldu. Demədim ki, gəlim havamı dəyişim. Gəldim, elə alındı ki, qayıtmadım. Deyə, bilmərəm nə vaxt qayıdacağam, ancaq qayıdacam. Amma qəribçilik bir şey deyil. Efirə, səhnəyə həsrət qalmışam. Arada gəlib Rusiyada məni çəkirlər".

Qeyd edək ki, F.Laçın həbs edilib və 2019-cu ildə azadlığa buraxılıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR