Onlayn ictimai-siyasi qəzet
Əbu-Dabinin suveren fondu olan Abu Dhabi Investment Authority (ADIA) Thoma Bravo investisiya şirkətin Amerika İT şirkəti Qlik-dəki payının bir hissəsini almağı planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times məsələ ilə tanış olan üç mənbəyə istinadən yayıb.
Mənbələrə görə, əməliyyat məbləği təxminən 1 milyard dollar təşkil edəcək.
Qlik 1993-cü ildə İsveçdə yaradılıb. O, analitika və məlumatların idarə edilməsi üçün proqram təminatının işlənib hazırlanmasında ixtisaslaşıb və həmçinin öz AI platformasının operatorudur. Thoma Bravo şirkəti 2016-cı ildə onu 3 milyard dollara alıb və hazırda onun dəyəri təxminən 10 milyard dollardır.
ADIA və digər Yaxın Şərq fondları son zamanlar ABŞ və Avropada müxtəlif əməliyyatlarda fəal iştirak ediblər. Xüsusilə ADIA Amerikanın idarəedici şirkəti Fisher Investments-in alınması üçün Advent International-a maliyyə ayırıb, həmçinin KKR fondunun Telecom Italia-dan 22 milyard avroya stasionar xətlərin alınmasında iştirak edib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ