İnsanlara hürriyət, millətlərə istiqlal!

Duqin bu naziri məhkəməyə verdi - SƏBƏB

Rusiyalı radikal sağçı Aleksandr Duqin Çexiyanın müdafiə naziri Yana Çernoxovaya qarşı cinayət işinin başlanması ilə bağlı yerli məhkəməyə müraciət edib.

Rusiyalı ideoloq qızına sui-qəsdlə bağlı çex nazirin yazdığı tviti terroru dəstək kimi dəyərləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “aktuálně.cz” portalı məlumat yayıb.

Xatırladaq ki, Darya Duqina 2022-ci ilin avqustunda Moskva vilayətində avtomobildə partladılaraq qətlə yetirilib. Rusiya FTX-si qətldə Ukrayna Təhlükəsizlik Xidmətini suçlayır. Nazir Çernoxova isə hadisə günü partlayışdan sonra Tvitter hesabında sui-qəsd gecəsinin “Rusiyada xatırlanacağını” yazıbmış.

“Faciəli ölümə təbii insan reaksiyasını göstərə bilmərəm. Ancaq bunlar əsl qatillər və müharibə qızışdırıcılarıdır. Mənim nə qıza, nə də onun kədərli atasına yazığım gəlir. Mənim (Ukraynada) onların təbliğatı və iyrənc ideologiyası nəticəsində öldürülən minlərlə insana yazığım gəlir” - çexiyalı nazirin tvitində bu cümlələr yer alıb.

Duqinin fikrincə, Yana Çernoxova bu yazı ilə terror aktını açıq şəkildə dəstəkləməklə bağlı cinayət törədib.

Aleksandr Duqini Çexiya parlamentinin keçmiş deputatı, hazırda vəkillik edən Jiri Vyvadil təmsil edir. O, Çexiyada “Rusiyanın dostları” təşkilatında vəzifə tutub və fevralda Rusiyanın Ukraynaya müdaxiləsindən sonra “Putinin dostları” təşkilatını qurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR