İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən zəngin insanları bu il təxminən 2 trilyon dollar itirib

Dünyanın ən varlı adamları 2022-ci ildə 1,9 trilyon dollar itiriblər.

“FTX hedc fondunun təsisçisi Sem Bankman-Frid, musiqiçi Kanye Uest və elektromobil istehsalçısı “Rivian” şirkətinin qurucusu RJ Scarinc kimi şəxslər artıq milyarderlər sırasını tərk ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Forbes USA” məlumat yayıb.

Jurnalın təsbitinə görə, 2020 və 2021-ci illərdə dünyanın ən varlı adamlarının ümumi sərvətləri trilyonlarla dollar artıb. Lakin bu il birjadakı dalğalanmalar, Ukrayna savaşı onlara sarsıdıcı zərbə endirib.

“Forbes”un hesablamalarına görə, dünya üzrə milyarderlər 2022-ci ildə 1,9 trilyon dollar itiriblər.

Dekabrın 9-na olan məlumata görə, onların ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb. Milyarderlərin sayı isə 2671-dən 2523-ə qədər azalıb.

2022-ci ildə ən çox zərər çəkən və ümumilikdə 1 trilyon dollardan çox pul itirən sahə texnologiya sənayesdir. Zərərin 300-dən çox milyarderi əhatə etdiyi güman olunur.

Məsələn “Amazon”un səhmləri təxminən 50% ucuzlaşaraq qurucusu Ceff Bezosun sərvətini 80 milyard dollardan çox azaldıb. “Google”un ana şirkəti “Alphabet”in səhmləri 36% ucuzlaşaraq həmtəsisçiləri Larri Peyc və Sergey Brindən 40 milyard dolları qoparıb.

Dekabrın 9-da “Microsoft”un səhmləri 27% ucuzlaşaraq həmtəsisçi Bill Qeyts və keçmiş baş direktor Stiv Balmerin sərvətini aşağı salıb. Mark Zukerberq bu il “Meta” şirkətinin (buraya Facebook, Whatsapp, Instagram kimi sosial platformalar daxildir) səhmlərinin 66% ucuzlaşması nəticəsində təqribən 78 milyard dollar itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR