İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən qədim şotland viskisi HƏRRACA çıxarıldı

200 il əvvəl istehsal edilmiş, hər birinin ilkin qiymətləndirilməsi 12 min dollardan çox olan cəmi 24 şüşə şotland viskisi Böyük Britaniyada "Whiskey Auctioneer" tərəfindən hərraca çıxarılıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hərrac iştirakçılarının bəyanatında deyilir.

Qeyd olunub ki, viski 1833-cü ildə hazırlanıb və səkkiz il sonra şüşələrə qoyulub. Bunlardan iyirmidən çoxu noyabrın 24-dən dekabrın 4-dək hərraca çıxarılacaq.

Mütəxəssislərin fikrincə, viskinin həqiqiliyi Şotlandiya Universiteti tərəfindən təsdiqlənib.

Daha əvvəl xəbər verildiyi kimi, dünyanın ən böyük şəxsi viski kolleksiyası Şotlandiyada keçirilən hərracda 9,4 milyon dollara satılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR