İnsanlara hürriyət, millətlərə istiqlal!

584 gün sonra ailəsinə qovuşdu - FOTO, VİDEO

HƏMAS 21 yaşlı ABŞ-İsrail vətəndaşı, İsrail ordusunda (CAXAL) xidmət edən əsgər İdan Aleksanderi 584 günlük əsirlikdən sonra azad edib.

Musavat.com xəbər verirk ki bu, ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri öncəsi Qətərdə ABŞ və HƏMAS nümayəndələri arasında aparılan birbaşa danışıqlar nəticəsində mümkün olub.

Aleksander 2002-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Tenaflay şəhərində anadan olub və orada böyüyüb.

O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı Qəzza sərhədinə yaxın ərazidə xidmət edərkən girov götürülmüşdü. Əsirlikdə olduğu müddətdə onun əl-qolu bağlanaraq qəfəsdə saxlandığı, döyüldüyü və işgəncələrə məruz qaldığı bildirilib.

İdanın valideynləri ABŞ-dan İsrailə gələrək oğullarını qarşılayıblar. Onun azadlığa buraxılması xəbərindən sonra Tenaflay sakinləri şəhərin mərkəzi meydanına toplaşaraq bu hadisəni bayram ediblər.

Hazırda HƏMAS və digər radikal qruplaşmaların hələ də 59 israilli girovu saxladığı ehtimal olunur.

Onlardan azı 35-nin öldüyü təsdiqlənib.

@@TVmusavat/114936@@

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR