Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada Rusiya üçün casusluq edən altı nəfərdən ibarət "Rusyev qrupu"nun üzvləri ciddi həbs cəzalarına məhkum olunublar. Hamısı Bolqarıstan vətəndaşları olan bu şəxslər 5 ildən 10 il 8 aya qədər azadlıqdan məhrum edilib.
Musavat.com xəbər verir ki, ən sərt cəza qrupun rəhbəri sayılan Orlin Rusyevə verilib. O, 10 il 8 ay həbsxanada qalacaq. Məhkəmədə onun Böyük Britaniya ərazisində casus şəbəkəsini idarə etdiyi, Rusiyanın maraqları naminə müxtəlif məlumatlar topladığı sübuta yetirilib.
Qrupun əsas hədəfləri arasında rusiyalı keçmiş casus Sergey Skripalın və müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı araşdırmalar aparan jurnalistlər Romen Dobroxotov və Xristo Qrozev olub. Şəbəkə bu jurnalistlərin fəaliyyətinə maneə törətməyə çalışıb.
İstintaq materiallarına əsasən, bu casuslar saxta sənədlər, gizli rabitə avadanlıqları və izləmə texnologiyalarından istifadə ediblər. Qrupun fəaliyyəti uzunmüddətli müşahidə və əməliyyat nəticəsində ifşa olunub.
Toğrul İSMAYIL,
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ