Onlayn ictimai-siyasi qəzet
BMT-nin Liviyaya Dəstək Missiyası (UNSMIL) şiddətli döyüşlərin getdiyi Tripolidə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı ciddi narahatlığını ifadə edir.
Bu barədə UNSMIL-in sosial şəbəkə hesabında dərc edilmiş bəyanatında deyilir.
Missiya bütün tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa və sakitliyi bərpa etməyə çağırıb, mülki şəxsləri qorumaq öhdəliyini xatırladıb.
“Mülki şəxslərə və mülki obyektlərə hücumlar hərbi cinayətlərə bərabər tutula bilər. UNSMIL vəziyyətin gərginliyinin azaldılması üçün ağsaqqalların və icma liderlərinin səylərini tam dəstəkləyir”, – Missiyanın bəyanatında bildirilir.
Xatırladaq ki, mayın 13-nə keçən gecə Tripolidə şiddətli silahlı toqquşmalar başlanıb.**report.az
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ