Onlayn ictimai-siyasi qəzet
Rusiyada Stavropol diyarının Yol Hərəkət Təhlükəsizliyi İdarəsinin keçmiş rəisi Aleksey Safonov 20 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş polkovnik rüşvət müqabilində vilayətin yollarında ağır yük maşınlarının maneəsiz hərəkətini təşkil edən cinayətkar bir qruplaşma yaratmışdı. Bununla belə o, bütün ölkədə evində quraşdırılmış qızıl unitazlar sayəsində "məşhurlaşıb".
Bu barədə "İzvestiya"ya istinadla xəbər verilib.
İstintaqın versiyasına görə, Safonov yük avtomobillərinin postlardan maneəsiz keçməsi üçün qanunsuz icazə sənədləri satılan sxem təşkil edib. Pul vəsaitləri vasitəçilər üzərindən birbaşa ona ötürülüb.
Ümumilikdə, sabiq vəzifəli şəxsə qarşı 102 epizod üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, Safonovun villasında aparılan axtarış zamanı həmçinin çoxsaylı lüks əşyalar və altı avtomobil aşkarlanıb.**Oxu.Az
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ