Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidanla təmasları çərçivəsində Ankaranın Rusiya və Ukrayna arasında mümkün birbaşa danışıqların təşkili istiqamətində atdığı addımlara görə minnətdarlığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Rubio qeyd edib ki, Türkiyənin vasitəçilik təşəbbüsü regionda sabitliyə və diplomatik səylərə töhfə verə bilər:
“Prezident Trampın təşəbbüsü ilə irəliləyən bu prosesdə Türkiyənin fəal rolu vacibdir. Nazir Fidanla danışıqlarımızda bu əməkdaşlığın əhəmiyyətini vurğuladım”.
Toğrul İSMAYIL,
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ