Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı (Aİ) çox vaxt ABŞ-la Çindən daha pis davranır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında ABŞ və Aİ arasında ticarət əlaqələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, “Avropa İttifaqı bir çox cəhətdən Çindən daha pisdir”.
Eyni zamanda o, Aİ-dən ticarətlə bağlı əhəmiyyətli güzəştlər alacağına söz verib: "Biz onlarla yeni başlayırıq. Onlar ABŞ-dan idxala maneələri əhəmiyyətli dərəcədə azaldacaqlar. Görəcəksiniz. Bütün kartlar bizim əlimizdədir. Onlar bizimlə çox ədalətsiz davrandılar". Nümunə kimi Tramp xüsusilə Aİ-dən ABŞ-a avtomobil və kənd təsərrüfatı məhsullarının tədarükünü qeyd edib.
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ