Onlayn ictimai-siyasi qəzet
Dünyada xəritədə tapmaq demək olar ki, mümkün olmayan mikro dövlətlər var.
Musavat.com lent.az-a istinadən kiçikdən böyüyə doğru həmin 10 ölkənin siyahısını sizə təqdim edir.
1. VATIKAN (0,44 km²) - həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir.
2. MONAKO (2,02 km²) - dünyada ən kiçik fransızdilli ərazi sayılır.
3. NAURU (21 km²) - dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir.
4. TUVALU (26 km²) - Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir.
5. SAN MARINO (61 km²) - Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur.
6. LİXTENSŞTEYN (160 km²) - və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı. Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət.
7. MARŞALL ADALARI (181 km²) - Marşall Adaları Respublikası - 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir.
8. SENT-KİTS VƏ NEVİS FEDERASİYASI (262 km²) - Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir.
9. MALDIV ADALARI (298 km²) - Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir.
10. MALTA (316 km²) - və ya rəsmi adı ilə Malta Respublikası Cənubi Avropada ada-dövlət
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ