"Dünyanın ən kasıb prezidenti" kimi tarixə düşən İndoneziyanın ilk prezidenti Əhməd Sukarno barəsində yeni iddialar orataya çıxıb.
İddialara görə, əslində onun əlli tondan çox qiymətli qızıl var.
İndoneziyanın CNBC telekanalı bildirir ki, onun İsveçrədəki bir bankda təxminən 57 ton qızıl saxladığı barədə məlumat əldə edib.
Bu xəbər həm də onun 1963-cü ildə ABŞ prezidenti Con Kennedidən tələb etdiyi borcla bağlı ola bilər
Amerika şəbəkələrində mövcud olan məlumata görə, Əhməd Sukarnonun həqiqətən də böyük sərvətinin olmadığı üzə çıxıb. Tarixi məlumatlar göstərir ki, o, ciddi maliyyə çətinlikləri ilə üzləşib və maddi baxımdan onun həyatı kifayət qədər təvazökar olub. Fakt budur ki, onun maaşı cəmi 220 dollar idi və onun nə evi, nə də torpağı var idi.
Oğlu Guntur Sukarnoputra da 2020-ci ildə Sukarnonun "dünyanın ən kasıb prezidenti" olduğunu bildirib.
İndoneziyalı tarixçi Ong Hok Ham, Sukarnonun qızıl ehtiyatları ilə bağlı geniş yayılmış əfsanənin həqiqəti əks etdirmədiyini və bunun yalan şayiə olduğunu vurğulayıb.
Qeyd edək ki, 1945-ci ildən 1967-ci ilə qədər Əhməd Sukarno İndoneziyaya rəhbərlik edib./unikal.az
ŞƏRHLƏRŞƏRH YAZ