İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dünyanın ən güclü 100 qadını": Siyahıda yeganə TÜRK ODUR - FOTO

"Forbes" jurnalı "Dünyanın ən güclü 100 qadını" siyahısını açıqlayıb. 

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, ümumilikdə 33 trilyon dollar dəyərində iqtisadi gücə sahib qadınlar arasında Türkiyədən yalnız iş adamı Güler Sabancı yer alıb.

Belə ki, Güler Sabancı "Sabancı Holding"in ilk qadın rəhbəri olaraq 80-ci sırada qərarlaşıb.

forbes-un-dunyanin-en-guclu-100 (1).jpg (32 KB)
Güler Sabancı 

"Forbes" Sabancının karyerasına diqqət çəkərkən onun Sabancı Universitetinin qurucu prezidenti və "Sabancı Fondu"nun prezidenti kimi Türkiyədə sosial məsuliyyət layihələrinə rəhbərlik etdiyini vurğulayıb. 

Siyahının ilk dörd sırasına siyasət sahəsinin mühüm simaları damğa vurub.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen siyahıda birinci yeri tutub.

İkinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, üçüncü yerdə İtaliyanın baş naziri Ciorcia Meloni , dördüncü yerdə isə Meksika prezidenti Klaudiya Şeynbaum qərarlaşıb.

İqbal, 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR