İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən böyük ilanlarından biri bu ölkədə peyda oldu - VİDEO

Malayziyada meşəlik ərazidə dünyanın ən böyük ilanlarından biri peyda olub.

Musavat.com xəbər verir ki, keçini bütövlükdə udduğu aşkarlanan ilan, çəkisi səbəbindən irəli gedə bilməyən zaman yaxalanıb.

Sözügedən ilan Malayziyada yaşayan bir şəxsin keçisini itdikdən sonra onu axtaran zaman ortaya çıxıb. Dostları ilə keçisini axtaran kişi 77 kiloqram ağırlığında olduğu bildirilən nəhəng pitonla qarşılaşıb.İlanın qarnının şişdiyini görən kəndlilər keçininaqibətinin necə olduğunu anlayıblar. Qarnındakı keçiyə görə sürünməkdə çətinlik çəkən ilan, heyvanlarının və ailələrinin zərər görməməsini istəyən kənd sakinləri tərəfindən tutulub.

Kənd sakinlərinin xəbərdarlığı ilə bölgəyə gələn yanğınsöndürənlər ilanı qaçmasın deyə qısa müddət ərzində tutublar. Yanğınsöndürənlər belə bir halla ilk dəfə qarşılaşdıqlarını və təəccübləndiklərini bildiriblər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR