İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən böyük hidrogen zavoduna ərəb sərmayəsi yatırılacaq

Abu Dabi Milli Neft Şirkəti - ADNOC və Amerikanın ExxonMobil neft və qaz korporasiyası ABŞ-da dünyanın ən böyük aşağı karbonlu hidrogen zavodunun tikintisi üçün tərəfdaşlıq sazişi imzalayıb.

Musavat.com xəbər verir ki, müvafiq bəyanat Əmirlik şirkətinin saytında dərc olunub.

Müqavilənin şərtlərinə əsasən, ADNOC ExxonMobil-in neft emalı kompleksini idarə etdiyi Texas ştatının Baytaun şəhərində yerləşəcək obyektin 35 faizlik payını alacaq. BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ANDOC-un rəhbəri Sultan bin Əhməd əl-Caber qeyd edib ki, bu investisiyalar şirkətə aşağı karbonlu enerji mənbələri portfelini genişləndirməyə imkan verəcək.

Zavod istismara verildikdən sonra gündə 1 milyard kubfuta qədər (təxminən 28,3 milyon kubmetr) karbon qazı molekullarının 98 faizə qədərini tutan hidrogen və ildə 1 milyon tondan çox aşağı karbonlu ammonyak istehsal edəcək. Müəssisənin işə salınması 2029-cu ilə planlaşdırılır. Son investisiya qərarının 2025-ci ildə veriləcəyi gözlənilir.

Aşağı karbonlu hidrogen atmosferə aşağı karbon qazı emissiyası ilə istehsal olunan hidrogendir. Hidrogenin təsnifatı onu yaratmaq üçün istifadə olunan enerji mənbəyindən asılıdır, əsas meyar sadəlik üçün rənglə göstərilən ekoloji təmizlikdir. Məsələn, yaşıl hidrogen ən təmiz formadır, çünki o, bərpa olunan enerjidən istifadə edərək suyun elektrolizi ilə əldə edilir. "Mavi" - atmosferə emissiyaları azaltmaq üçün karbon dioksid molekullarını tutaraq təbii qazdan əldə edilən hidrogendir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR