Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Kanada siyasətində gərginlik yüksəlir. Baş nazir və Liberal Partiyanın lideri Mark Karni, ölkəyə qarşı ABŞ prezidenti Donald Trampın yaratdığı təhdidlərə cavab olaraq 28 aprel tarixində növbədənkənar parlament seçkiləri keçirməyə çağırıb.
Karni bəyan edib ki, hazırkı şəraitdə hökumətin güclü ictimai mandatla hərəkət etməsi zəruridir. Onun sözlərinə görə:
“Tramp bizi sındırmaq və ABŞ-ın bizi idarə etməsini istəyir.”
Xatırladaq ki, ABŞ prezidenti Tramp Kanadaya qarşı 25 faizlik gömrük rüsumları tətbiq edib. Bununla yanaşı, onun Kanadanın suverenliyinə dair iddialar irəli sürməsi, Ottavada ciddi narahatlığa səbəb olub. Trampın administrasiyası Kanadanın ABŞ-a birləşdirilməsi ideyasını açıq şəkildə gündəmə gətirib.
Mark Karni isə bu təhdidlər fonunda ölkənin Avropa və Asiya ilə iqtisadi əməkdaşlığını genişləndirməyi, ABŞ-dan asılılığı azaltmağı prioritet hesab edir.
Gözlənilən parlament seçkilərində Liberal Partiyanın əsas rəqibi Mühafizəkarlar Partiyası olacaq. Bu partiyanın lideri Pyer Puolyovr, Tramp administrasiyası ilə daha sərt xəttin tərəfdarı kimi tanınır.
Kanada ictimaiyyəti növbədənkənar seçkiləri ölkənin suverenliyi və gələcək kursu baxımından həlledici məqam kimi dəyərləndirir.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ