İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dünyanı nüvə müharibəsinin kölgəsi bürüyüb" - BMT Baş katibi

“Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb”.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-nin Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.

“Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq Müharibə illərində dünyanın başının üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildətir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”, – deyən baş katib bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə çağırıb.

O bildirib ki, nüvə tərksilahı BMT-nin əsas məqsədlərindən biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR