Onlayn ictimai-siyasi qəzet
Alimlər kainatda nadir rast gəlinən hadisəni müşahidə ediblər.
Musavat.com xəbər verir ki, Yerdən təxminən 60 min işıq ili uzaqlıqda yerləşən bir ulduz iki dəfə partlayıb.
Bu hadisə “supernova” olaraq təsnif edilsə də, onun özəlliyi budur ki:
Əvvəlcə ulduzun xarici helium təbəqəsi partlayıb. Daha sonra yaranan zərbə dalğası ulduzun nüvəsinə çatıb və ikinci dəfə böyük bir partlayış baş verib.
Bu unikal səma hadisəsinin görüntüləri Çilidə yerləşən VLT (Very Large Telescope) kosmik teleskopu vasitəsilə çəkilib.
Alimlər bu müşahidənin ulduzların həyat dövrləri və partlayış mexanizmləri barədə yeni elmi anlayışlar yaradacağını bildirirlər.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ