Onlayn ictimai-siyasi qəzet
"Dünyada elə bir hökumət yoxdur ki, 3-4 günə 100 mindən çox qaçqını heç bir sarsıntı və problem olmadan qəbul edə bilsin".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən yerli parlamentin daimi komissiyalarının birgə iclasında səslənib.
Onun sözlərinə görə, Qarabağdan köçən ermənilərin qayğısına qalmaq qismən XİN-in üzərinə düşüb.
Ermənilərin Ermənistanda nə dərəcədə qaçqın həyatı yaşadığı olduqca mübahisəlidir. 1979-cu il təvəllüdlü Ararat Mirzoyan deyəsən ölkəsinin və mənsub olduğu millətin 1989-1994-cü illərdə milyona yaxın azərbaycanlını öz yurdlarından didərgin saldığını unudur. Üstəlik, bəhs etdiyimiz illər iqtisadi çətinliklərin yaşandığı, məşəqqətli bir dövr olub. Lakin həmin vaxtlarda Azərbaycan xalqı yurdunu tərk etməyə məcbur edilən soydaşlarını ayaqda tuta bilmişdi.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ