İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya nəhəngi “The Guardian” Qarabağla bağlı ŞOK FAKTLARI AÇIQLADI

İLK YAYIM SAATI: 11:30 

Azərbaycan 44 günlük Vətən müharibəsində tətbiq etdiyi taktika ilə dünya hərb tarixində yeniliklər etdi. İkinci Qarabağ müharibəsi dünyanın beynəlxalq gücləri tərəfindən araşdırıldı, öyrənildi və bir sıra xarici mətbuatda bu barədə müsbət fikirlər yazıldı. Bildirildi ki, dünya hərb məktəblərində Azərbaycanın bu taktikası tədris olunacaq.

Bütün bunlara rəğmən, Ermənistan və onun dəstək göstərdiyi qondarma rejim öz terrorçu əməllərindən qalmadı. Nəticədə böyük qələbəmizdən 3 il sonra, cari ilin sentyabrın 19-da Azərbaycan Qarabağda davamlı hərbi təxribatlar törədən separatçılara qarşı lokal antiterror tədbirləri görməyə məcbur oldu. Cəmi 23 saat ərzində xunta rejimi ağ bayraq qaldıraraq təslim oldu.

Qeyd edək ki, Azərbaycanın keçirdiyi antiterror tədbirləri dünya mediasında geniş təhlil olunmaqdadır. Azərbaycan ordusu 23 saat ərzində keçirdiyi antiterror tədbirləri nəticəsində yalnız hərbi hədəfləri vurdu, heç bir mülki şəxsə zərər vermədi və imkanı olduğu təqdirdə belə əsir götürmədi, mülki şəxslərin oradan çıxmasını təmin etdi. Bu da hərb tarixində nümunəvi haldır və müsbət qarşılanır. Ancaq ermənilər hər dəfə olduğu kimi, qərəzli mövqelərindən və riyakarlıqlarından istifadə edib Azərbaycanın humanitar addımlarından silah kimi istifadə edirlər. Bildirilir ki, guya ermənilər Azərbaycan əsgəri tərəfindən əzilir, təzyiqə məruz qalır.

Əslində isə çəkilən kadrlardan da görünür ki, ermənilər öz istəkləri ilə Qarabağdan çıxıb gedirlər. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Qarabağdakı ermənilər bizim vətəndaşlarımızdır. Qanunlarımıza əməl etdikləri halda digər vətəndaşlarımız kimi onların da hüquqları qorunacaq. Bizim onlarla heç bir qərəzimiz yoxdur. Azərbaycanın xoş niyyətinə baxmayaraq, bir qism erməni Qarabağda qalmaq istəmədi.

Əgər əzilmə və pis rəftar görmək istəyən varsa, o zaman 90-cı illərin əvvəllərində azərbaycanlıların öz torpaqlarından gülləbaran altında, ayaqyalın, başıaçıq, od-alov içində çıxmalarını əks etdirən kadrlara baxa bilər. Belə kadrlar bu gün də var. Xocalı soyqırımı və digər ərazilərimizdə baş verənlər hər kəsə bəllidir. Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycan tərəfi isə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində addımlar atır.

Musavat.com xəbər verir ki, belə bir müqayisəni “The Guardian” qəzetinin jurnalisti Aleksis Rouell aparır.

Onun sözlərinə görə, ermənilərin Qarabağdan köçməsi 1992-94-cü illərdə öz evlərini  tərk etməyə məcbur edilən azərbaycanlıların yaşadıqları travmanı əks etdirmir.

"Mən 1992-94-cü illərdə "Guardian" və "BBC" üçün reportajlar hazırlayarkən ermənilərin hücumu qarşısında minlərlə azərbaycanlının ayaqyalın, başıaçıq qaçmasını öz gözlərimlə gördüm. Bəzi hesablamalara görə, 1988-94-cü illərdə Qarabağda, Azərbaycanın ətraf ərazilərində və Ermənistanda 800 min azərbaycanlı evlərini tərk edib. Qaçqınçılığın vurduğu travma var. Azərbaycan hər zaman itirdiyi torpaqlarını azad etmək həsrətində idi və buna nail oldu", - deyə jurnalist vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR