Onlayn ictimai-siyasi qəzet
"Neft qiymətləri düşür, faiz dərəcələri düşür, ərzaq qiymətləri düşür, inflyasiya yoxdur və "çoxdan incimiş ABŞ" artıq qüvvədə olan tarifləri pozan ölkələrdən həftədə milyardlarla dollar alır".
Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"Bu baş verir, baxmayaraq ki, onların ən böyüyü - Çin az əvvəl öz tariflərini 34% artırdı. Bu da onların uzunmüddətli, gülünc dərəcədə yüksək tariflərinə əlavə olaraq (yəni bir də üstəlik). Bunu isə xəbərdarlığıma məhəl qoymadan etdilər - mən demişdim ki, ABŞ-a qarşı ədalətsiz davranan ölkələr cavab addımı atmasınlar.
Onlar illərlə "yaxşı Amerika"dan istifadə edib, kifayət qədər pul qazanıblar! Bütün bunlara və daha çoxuna isə bizim keçmiş "liderlərimiz" (əvvəlki prezidentlər və siyasətçilər - red.) günahkardır, çünki belə şeylərin ölkəmizə baş verməsinə imkan veriblər. Gəlin, Amerikanı yenidən böyük edək!", - Tramp qeyd edib.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ