Onlayn ictimai-siyasi qəzet
Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına Ukrayna pilotsuz təyyarələrinin hərəkəti səbəb olub.
Musavat.com xəbər verir ki, bu həyasız iddia ilə Rusiya Dövlət Dumasının deputatı, müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlev RT-yə müsahibəsində çıxış edib.
Onun sözlərinə görə, Ukrayna dronları olmasaydı, təyyarə təhlükəsiz şəkildə təyinat yerinə enəcəkdi.
Aleksey Juravlev
Juravlev bu hadisəni Kiyev rejiminin hərbi cinayətlər siyahısına daxil etməyi təklif edib. O hesab edir ki, təkcə Vladimir Zelenski və komandasına deyil, həm də Ukrayna silahlı qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməyə imkan verən ABŞ da daxil olmaqla, Ukraynanı silahla təchiz edənlərə də sual vermək lazımdır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə sərt açıqlamasından sonra Moskvanın məsuliyyəti Ukraynanın üzərinə atmağa cəhd edəcəyi proqnozlaşdırılan idi. Deputatın bu açıqlaması göstərir ki, Kremldən düymə basılıb...
Musavat.com
01 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ