İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX rəsmisi: "Mənzil satışına müdaxilə edən bir nəfər beynəlxalq axtarışa verilib"

"İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində "güzəştli mənzil" sistemi vasitəsilə 30 mart tarixində keçirilmiş mənzil seçimi mərhələsinə müdaxilə edən şəxslərin şəxsiyyəti müəyyən edilib".

Musavat.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin və Mənzil İnşaat Agentliyinin birgə brifinqində Dövlət Təhlükəsizlik Xidmətinin rəsmisi Günel Hüseynova deyib.

Onun sözlərinə görə, qeyd edilən halların araşdırılması ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə Mənzil İnşaat Agentliyi tərəfindən müraciət ünvanlanıb: "Faktla bağlı Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsi 14 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq qanunlarına uyğun olaraq cinayət işi başladıb və icraata qəbul edilib. Başlanılmış cinayət işi üzrə aparılmış araşdırma zamanı mənzillərin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən mənzil seçimini sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qeyd edilən şəxslərin şəxsiyyəti müəyyən olunub və onlar ifşa edilərək, Azərbaycan Respublikasının müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində işin hallarından asılı olaraq müvafiq qəti imkan tədbirləri seçilib. Bir nəfər barəsində beynəlxalq axtarış elan edilib. Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.

G.Hüseynova qeyd edib ki, gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və ya onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR