Onlayn ictimai-siyasi qəzet
İran İslam Respublikası xüsusi xidmət orqanları ilə əməkdaşlıq şübhəli bilinərək həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hər iki şəxs 15 il azadlıqdan məhrum edlib.
Musavat.com xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) müəyyən edib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib.
Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Onlara qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq zamanı müəyyən edilib ki, Elnur Rəsulov İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq zamanı 14 min manata qədər pul alıb. Həmin məbləğdən 1200 manatını Arif Rəsulova verib.
Araşdırmalar zamanı təqsirləndirilən şəxslərin telefonlarında “Meyse” və “Doktor” adlı şəxslərə göndərdikıəri vofo və videolar aşkar edilib. Həmçinin onların bank kartlarına İrandan göndərilən məbləğlər də müəyyən edilib.
Təqsirləndirilən şəxslər törətdikləri əməldə günahkar bilinərək hər biri 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
İlkin Muradov
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ