İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX Naxçıvan gömrüyündə yeni əməliyyat keçirib? - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddəki gömrük idarələrindən birində əməliyyat keçirməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, DTX-nin bu gün İranla sərhəddə yerləşən gömrük idarələrinin birində əməliyyat keçirməsinə və idarənin rəisi, həmçinin digər əməkdaşlarının saxlanıb istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar doğru deyil.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.

Musavat.com-un məlumatına görə, bununla bağlı axar.az məlumat yayıb.

Məlumata görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR