Onlayn ictimai-siyasi qəzet
Gədəbəydə 26 yaşlı gəncə qarşı alçaldıcı hərəkətlər edən həmyerlilərin məhkəməsi başlayır. Artıq iş üzrə istintaq bitib və cinayət işinin materialları Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Musavat.com xəbər verir ki, məhkəməlik olan hadisə bu ilin iyununda Gədəbəyin Arıqıran kəndində baş verib.
Çobankənd kənd sakini Səddam Əliyev Arıqıran kənd sakinləri Təkin Əliyev və Cəbrayıl Hüseynovla birləşərək həmkəndliləri Nicat Kazımovu döyüblər. Daha sonra Nicat Kazımovu sürüyüb Səddam Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər. Səddam Əliyev, Təkin Əliyev və Cəbrayıl Hüseynov Gədəbəy Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı Səddam Əliyev bildirib ki, Nizat Kazımov onun həyat yoldaşına mesaj yazıb, onu buna görə cəzalandırıblar.
Hər 3 şəxsə Cinayət Məcəlləsinin 133.2.3-cü (əzab vermə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hazırlıq iclası hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə sentyabrın 5-nə təyin olunub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ