Onlayn ictimai-siyasi qəzet
Bakıda fəaliyyət göstərən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru Cavid Əliyev cərimələnib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi direktora İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. Cavid Əliyev dövlət qurumunun qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq.
İyulun 4-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək./qaynarinfo
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ