İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət başçıları razılığa gəldi - Azərbaycan və Misir investorları...

"Cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin".

Musavat.com xəbər verir ki, bu fikirləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

"Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik"- Misirin dövlət başçısı əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR