İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dostlarım mənə qarşı satqınlıq edənlə dostluq edirlər”

“Mənim həyat prinsiplərimdən biri həmişə bu olub ki, dostuma səhv edən insan mənim üçün dost ola bilməz və belə insanlarla əlaqəni hər zaman kəsmişəm”.

Musavat.com xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva sosial media hesabında yazıb.

İzləyicilərinin suallarına cavab verən bloger bildirib ki, dost dedikləri ona satqınlıq edən insanlarla dostluq edirlər:

“Zamanla gördüm ki, bəzi dost bildiyim insanlar mənə qarşı hörmətsizlik, satqınlıq edən insanlarla dostluğa davam edirlər. Bunu anladıqdan sonra prinsiplərimi dəyişdim. Kim ki mənə görə bu münasibəti bitirməyə hazırdırsa, mən də onun üçün bunu edərəm. Amma yox, mənə qarşı necə gəldi davransınlar, amma mən onlara qarşı çox həssas yanaşım – artıq belə bir dünya yoxdur”.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR