İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd oyun, dörd MƏĞLUBİYYƏT –Azərbaycan millisinin ƏSAS PROBLEMİ

Futbol üzrə Azərbaycan millisinin Fernandu Santuşun baş məşqçiliyi ilə Millətlər Liqasında keçirdiyi dörd oyun uğursuz olub. Yığmamız İsveçə 3-1, Slovakiyaya görüşdə 2-0, evdə 3-1, Estoniyaya 3-1 hesabı ilə uduzub.

Belə zəif nəticə həm millimiz, həm də tanınmış portuqaliyalı mütəxəssis haqqında geniş müzakirələrə yol açıb. Ardıcıl dörd məğlubiyyətin səbəbini komandamızın gücünün zəifliyində, həmçinin F.Santuşun baş məşqçi kimi bacarıqsızlığında görənlər az deyil.

 fotoram.io-92-1536x1053.jpg (179 KB)

Maraqlıdır, Azərbaycan millisinin bu cür zəif nəticə göstərməsinə səbəb nədir? Məğlubiyyətdən yaxa qurtarmaq üçün nə edilməlidir?

Mövzu ilə bağlı Medianews.az-a danışan idman şərhçisi Kənan Məstəliyev də təsdiq edib ki, F.Santuşun rəhbərliyi altında çıxış edən milli komandanın uğursuz nəticələri cəmiyyətimizdə bir çox müzakirələrə səbəb olub.

kenan-mesteliyev.jpg (41 KB)

Onun sözlərinə görə, Millətlər Liqasının indiki mərhələsində oyunlar tam yekunlaşmamış bir məşqçinin işi barədə fikir bildirmək doğru deyil: “Qarşıda bizim iki oyunumuz var. Belə ki, millimiz Estoniya ilə evdə və İsveç ilə səfərdə qarşılaşacaq. Amma bu, nəticə baxımından böyük dəyişikliyə səbəb olmayacaq. Bütün hallarda oyunların sonunu gözləməliyik. Bu günə olan nəticələrlə bağlı onu deyə bilərik ki, məğlubiyyətlərdə günahı təkcə məşqçidə görmək düzgün deyil. Təbii ki, komanda məğlub olanda baş məşqçi məğlub olur. Bu yazılmayan qanundur. Futbolda məşhur bir deyim var ki, qələbəni komanda qazanır, məğlubiyyət isə baş məşqçinin üzərindədir. Lakin məsələ budur ki, Fernandu Santuşun qurduğu, əslində isə qurmaq istədiyi sistemin boşluqları var. Boşluqlar olsa belə, əldə etdiyimiz qol epizodları bizi birmənalı danışmağa imkan vermir. Millətlər Liqasında ən çox real qol epizodları əldə edən komandalardan birincisi Azərbaycan yığmasıdır. Hətta bu göstəriciyə görə, Almaniya və digər ölkələri üstələyirik. Fernandu Santuşun qurduğu, əsasən oynatdığı 3-4-3 sistemi var. Bu, 2 dayaq yarımmüdafiəçisi, 2 mərkəz müdafiəçisi və 3 hücumçu sistemidir. Əslində bu, hücuma meylli sistemdir. Bu sistemdə ön xəttdə yer alan futbolçularımız yetərincə qol şansı əldə edirlər”.

İdman şərhçisi söyləyib ki, müdafiədə boşluqlarımız var və bu səbəbdən qollar buraxılır. O, yığma üzvlərinin əlinə düşən fürsətdən yararlanmamasını da təəssüflə qeyd edib: “Əlimizə düşən şanslardan yararlana bilmirik. İsveçlə oyunda Ramil Şeydayevin 3 metrdən bir 30 saniyə ərzində 3 dəfə topu qapıçının üzərinə vurması, Renat Dadaşovun eyni səhvlərə yol verməsi, Estoniyada səfər görüşündəki 2 dəqiqədə Renat Dadaşovun boş qapı əvvəzinə qapıçını nişan alması, eyniylə Tural Bayramovun epizoddan yayına bilməməsi, Slovakiya ilə Bakıdakı oyunda Mahir Əmrəlinin 5 metrdən topu qapıçının üstünə vurması və digər futbolçularımızın epizodları qaçırmasını qeyd edə bilərik. Bunları nəzərə aldıqda, məğlubiyyətlərə görə təkcə məşqçini günahkar saya bilmərik. Çünki, məşqçi yığma üzvlərinin yerinə stadiona çıxıb rəqib qapıya qol vurası deyil. Mahir Əmrəlinin yerinə Fernandu Santuş oyuna çıxıb topu qapıya vurmalı deyil. Yəni, bu, ümumi problemdir. Bəli, Fernandu Santuşun da sistemində problem var. Amma bu, məhz həlledici problem deyil. Daha iki oyun bitdikdən sonra Fernandu Santuşla oturub müzakirə aparılmalı, onun hesabatı dinlənilməlidir ki, bu 6 matç ərzində o, nə edib, nə etmək istəyib, nə alınıb, nə alınmayıb. Buna uyğun olaraq da qərar vermək lazımdır. Mən düşünürəm ki, biz daha 2 oyun gözləməliyik. Ondan sonra bu məsələ haqqında daha geniş müzakirə aparmaq olar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR