Onlayn ictimai-siyasi qəzet
"Verilşə üç dərman içib çıxmışam. Atamı da çox sevirəm, ürəyim oradadır ki, o, ağır vəziyyətdir. Atam sevdiyi qadının cənazəsinə gedə bilmədi. Pilləkəndən çıxanda dedi ki, qaytarın məni, gedə bilmirəm. Allah anamdan sonra məni atamla sınağa çəkməsin".
Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. Anasının vəfatından danışan aparıcı verilişə dərmanlar vasitəsiylə çıxdığını bildirib. O əlavə edib ki, anasının arzusunu gerçəkləşdirib:
"Anam izləsin ki, onun qızı fəxri doktor oldu. Slavyan Universitetində 2 il dərs dedim. Anam o qədər sevinirdi ki... Anamın ən böyük arzusu mənim müəllim olmağım idi. Hüquqşünas olmaq istəyirdim, anam deyirdi, qız işi deyil. Ruhun mənimlədir bilirəm, bütün uğurlarımı sənsiz yaşayacağam. Polşada Elm və Texnologiya Universitetindən mükafata layiq görüldüm. Universitetin fəxri doktoru adını aldım". (Axşam.az)
20 Aprel 2025
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ