İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski atəşkəsi şərh etdi: "Putinin atəşkəs təklifi...” - SENSASİON GƏLİŞMƏ

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin guya “Pasxa atəşkəsi” təklifi ilə bağlı mövqeyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfindən irəli sürülən 30 günlük qeyd-şərtsiz atəşkəs təşəbbüsü artıq 39 gündür ki, Rusiya tərəfindən cavabsız qalır.

“ABŞ bu təşəbbüsü irəli sürdü, Ukrayna onu müsbət qarşıladı, Rusiya isə sadəcə susdu” – deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, əgər Rusiya doğrudan da tam və qeyd-şərtsiz atəşkəsə hazırdırsa, Kiyev bu təklifi “güzgü prinsipi” ilə cavablandıracaq: yəni Rusiya tərəfdən sükut olarsa, Ukrayna da hərbi əməliyyatları dayandırmağa hazırdır.

Zelenski həmçinin vurğulayıb ki, əgər 20 aprel Pasxa günü əsl sükut və atəşkəs baş tutarsa, Ukrayna bu rejimin uzadılmasını təklif edir. Onun sözlərinə görə, 30 saatlıq sükut başlıqlar üçün yetərlidir, amma etimad qurmaq üçün bu, kifayət etmir. “30 günlük atəşkəs isə bəlkə də dünyaya şans verər,” – deyə o bildirib.

Bununla belə, Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanından aldığı son məlumatlara əsasən, cəbhənin bəzi sahələrində Rusiya hücumları və artilleriya atəşi davam edir.

Zelenskinin bu açıqlaması Rusiyanın səmimiyyəti ilə bağlı suallar doğurur və “səssizliyin sülh olub-olmayacağı”nı yaxın günlər göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR