Onlayn ictimai-siyasi qəzet
Dondurmanın tarixi qədim dövrlərə gedib çıxır və onun tək ixtiraçısı yoxdur.
Lent.az xəbər verir ki, bir çox mədəniyyət bu qidanın ya soyudulmuş, ya da meyvə və buzla hazırlamış bir versiyasını mənimsəyir.
15-ci əsrdə asteklər dağların zirvələrindən gələn qardan yeməklərini və içkilərini soyutmaq üçün istifadə etdikləri halda, Peru və Kolumbiyadakı Andres dağlarında yağan qar da soyutma məqsədi ilə istifadə olunurdu.
“History Channel” xəbər verir ki, soyudulmuş və ya dondurulmuş süd məhsullarının ən erkən qeydə alındığı tarix ən azı eramızdan 4000 il əvvələ aiddir.
Dondurmanın ən çox təsvir edildiyi dövr isə 618-907-ci illər arasında Çində Tan sülaləsinin dövrüdür Tan sülaləsi təsadüfən kamfora, camış südü və düyü qarışıqlarını donduraraq dondurma icad edib.
Dondurmanın daha sonra Ərəbistan, İran və Anadoluya keçdiyi məlumdur. Təxminən eramızdan əvvəl 500-cü illərdə farslar buzu üzüm suyu, meyvə şirəsi və digər şirin şeylərə qarışdıraraq, onu dondurmaya bənzəyən "bastani" adlı yeməkə çevirdilər.
Makedoniyalı İskəndər gəzintiyə çıxanda həmişə yanında giləmeyvə, meyvə, bal və südlə qarışmış dağ qarı olurdu. Bu deserti dondurmanın primitiv forması hesab etsək, dondurmanı İskəndərin kəşf etdiyini söyləmək olar.
Dondurma Avropaya 13-cü əsrdə Çinə səfər edən Marko Polonun sayəsində gəlib. O Çində istehlak edilən südlü buzlu içkini Venesiyaya aparır və ağlına dondurulmuş desertlər ideyası gəlir.
XVI əsrin əvvəllərində İtaliyada “su buzu” adlı dondurma növünün hazırlandığı bildirilir. Tədqiqatçılar 1560-cı ilə aid bir sənədə istinad edirlər ki, İtaliyada süd bal ilə qarışdırılır və sonra dondurulur. İtalyan aşpazlarının öz mədəniyyətinə və zövqünə uyğun formasını dəyişdirən dondurma günümüzün dadına daha da yaxınlaşır.
Onun Fransaya ilk addımı Yekaterina Mediçi sayəsində olub. 1676-cı ildə Parisdə təxminən 250 dondurma salonu olduğu təxmin edilir.
Amerikaya isə dondurma 1700-cü ildə Britaniya koloniyaları vasitəsilə Tomas Cefferson tərəfindən gətirilmişdir.
Türklərdə dondurmanın inkişafı ilə bağlı ən mühüm məlumatları Kaşqarlı Mahmudun yazdığı Divan-ı Lügati't Türkdən öyrənirik.
Kâşqarlı kitabında türklərdə ərik, gavalı və şaftalı şirəsindən şərbət hazırlandığını və xüsusilə yay aylarında bu şərbətin dondurularaq istehlak edildiyini yazıb.
Türklərin yaşadığı iqlim sərin olsa da, yayda temperatur yüksəlir. 17-ci əsrdən etibarən dondurma saray süfrəsindən cəmiyyətə yayılır və məşhurlaşır.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ