Onlayn ictimai-siyasi qəzet
ABŞ-da prezident Donald Trampın qərarı siyasi qalmaqala səbəb olub. Kaliforniya ştatının qubernatoru Qəvin Nyusom, Trampın Milli Qvardiya qüvvələrini Los-Anceles şəhərinə göndərməsini “qanunsuz və əxlaqa zidd” adlandıraraq, ona qarşı məhkəmə iddiası qaldıracaqlarını bəyan edib.
Musavat.com xəbər verir ki, Qəvin Nyusom bu barədə sosial media hesabında açıqlama verib:
“Donald Tramp od üstünə benzin tökür. Ştat qubernatorunun razılığı olmadan Kaliforniya Milli Qvardiyasının səfərbər edilməsi həm qanunsuzdur, həm də əxlaqsız. Kaliforniya Trampa qarşı məhkəmə iddiası qaldıracaq,” – deyə Nyusom bildirib.
Hadisə ABŞ-da mərkəzi hakimiyyətlə ştat rəhbərlikləri arasında son dövrlərdə artan gərginliyin yeni mərhələsi kimi qiymətləndirilir. Analitiklər bu addımın həm siyasi, həm də hüquqi cəhətdən ciddi nəticələr doğuracağını proqnozlaşdırırlar.
Musavat.com
09 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ