İnsanlara hürriyət, millətlərə istiqlal!

Doğum şöbəsinin müdiri məhkəmə zalında həbs olundu

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının doğum və ginekologiya şöbəsinin müdiri olmuş Nigar Qəhrəmanova məhkəmə zalında həbs olunub.

O, doğuş zamanı iki ananın ölümündə və rüşvət almaqda suçlanır.

42 yaşlı həkimin ittiham olunduğu ölüm hadisələrindən biri 2021-ci ilin iyununda, ikincisi isə həmin ilin sentyabrında baş verib. Birinci halda, qeysəriyyə əməliyyatı ilə əkiz uşaqlar dünyaya gətirən 37-yaşlı Xəyalə Əhmədova bir gün sonra vəfat edib. İkinci halda isə Cəlilabad rayonunun Muğan kənd sakini 19-yaşlı Fatimə Həziyeva əməliyyat yolu ilə övlad dünyaya gətirəndən sonra həyatını itirib.

Ekspertiza hər iki ölümdə həkim səhvi olması haqda rəy verib. İddia olunur ki, əməliyyatın gedişi zamanı və əməliyyatdan sonra Xəyalə Əhmədovada baş verən qanaxmanın mənbəyi, mənşəyi və miqdarı düzgün qiymətləndirilməyib. Nəticədə vaxtında lazımi tədbirlər görülməyib. O da qanitirmə səbəbindən ölüb (qaynarinfo).

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR