İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dövlət xidmətlərinin göstərilməsi ilə bağlı internet səhifələrində ciddi uyğunsuzluqlar var"- Zahid Oruc  

"Dövlət xidmətlərinin göstərilməsi ilə bağlı məlumatların əksini tapdığı internet səhifələrində ciddi uyğunsuzluqlar var".

Musavat.com bildirir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc qurumun keçirdiyi "Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi" analitik hesabatın təqdimatında deyib.

Zahid Oruc qeyd edib ki, xidmətlərin adları, xidmət göstərən dövlət orqanının adının dəyişməsi, xidmətlərin ləğv edilməsi və yeni xidmətlərin yaranması ilə bağlı internet səhifələrində vaxtında və dəqiq yenilənmələr aparılmır:

"Məlumatların elektronlaşmasında da böyük çətinliklər müşahidə edilir. Bəzən dövlət orqanlarının elektron xidmət kimi qeyd olunan xidməti almaq üçün mütləq şəxsiyyəti təsdiq edən sənədlə birlikdə müvafiq dövlət oqranına yaxınlaşmaq məcburiyyəti yaranır.

Dxr.az portalında dövlət xidmətlərinin qismən elektronlaşması və qismən avto- matlaşdırılması qeyd olunsa da, onların elektronlaşma və avtomatlaşma mərhələsi haqqında heç bir məlumat yoxdur.

Digər tərəfdən, dxr.az portalında bəzi dövlət xidmətlərinin 511 elektron xidmət arasında yer almasına baxmayaraq, reallıqda onlar nə elektronlaşdırılıb, nə də avtomatlaşdırılıb. Məsələn, Müdafiə Sənayesi Nazirliyinin “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub olan və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi” xidməti portalda qeyd olunsa da xidmət verilmir. Qida Təhlükəsizliyi Agentliyinin “Qida məhsullarının istehsalı, qablaşdırılması, saxlanılması, emalı, utilizasiyası və məhv edilməsi üçün nəzərdə tutulan tikinti obyektlərinin tikintisi və yenidən qurulmasına dair layihələrə rəy verilməsi” xidməti üzrə dxr.az portalında xidmətin elektronlaşma və avtomatlaşma dərəcələri haqqında heç bir məlumat yoxdur".

Zahid Oruc bildirib ki, Elm və Təhsil Nazirliyinin “Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi” xidməti də eyni vəziyyətdədir.

"Bizim hər bizimiz ölkəmizin gələcəyini 44 günlük müqəddəs müharibədə qazanılan parlaq qələbədən sonra azad edilən torpaqlarda dövlətimizin yeni xidmət standartları yaratmasında görürük. Nəinki son 30 ildə, əsrlərlə xalqımızın zəif bəndinə çevrilən Qarabağı, bütün azad torpaqlarda yeni Vətən inşa etməyi yalnız bir prinsiplə apara bilərik-ədalətli sahibkarlıq mühiti, qanunçuluğa əməl edilməsi, korrupsiyadan azad mühit və şəffaf hesabatlıq şəraiti, bir sözlə xalqa xidmət edən dövlət amalı ilə Qarabağı güclü bəndə, qoruyucu sipərə, alınmaz qalaya çevirə bilərik", -deyə deputat bildirib.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR