İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitri Medvedyevin "gül ağzı" yenə açıldı: "Ukrayna parazit ölkədir"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında Ukraynanı "parazit ölkə" adlandırıb.

Musavat.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Medvedyev deyib ki, Ukrayna Bandera (Stepan Bandera nəzərdə turulur) dövlətidir, parazit ölkədir və Qərb ağalarının silah təchizatı hesabına yaşayır. Siyasətçi hesab edir ki, tədarük dayansa, Kiyev rejimi dərhal çökəcək.

“Çünki parazit ölkədir və sahiblərinin “bədənindən” qida alır, onların hesabına yaşayır. Silah tədarükü olmayacaq və Bandera rejimi üçün hər şey tez bitəcək. Parazitlər öləcək”, - Medvedyev bildirib.

O qeyd edib ki, Rusiya özünü bütün lazımi silahlarla tam müstəqil şəkildə təmin edir. Rusiya müəssisələrində hərbi texnikanın istehsalı üç növbədə həyata keçirilir.

“Biz özümüzü bütün növ silahlarla özümüz təmin edirik - Silahlı Qüvvələrin cari ehtiyaclarını üstələyən miqdarda", -eks prezident iddia edib.

Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, yerli müdafiə sənayesi Rusiya Federasiyasını qorumaq üçün lazım olan qədər silah istehsal edəcək.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Dmitri Medvedyev günaşırı Ukraynanı asıb-kəsən, hədələyən və aşağılayan bəyanatlar verir, statuslar yazır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR