Onlayn ictimai-siyasi qəzet
Qəbələ rayon sakini, 2008-ci il təvəllüdlü Mətləb Mirağayev martın 29-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, sonuncu dəfə Mətləb Mirağayevin əynində boz rəngli jaket, göy şalvar və ağ rəngli idman ayaqqabısı olub.
Onun əlamətləri: boyu 160 sm, gözlərinin rəngi şabalıdı, saçları qaradır. M.Mirağayevin harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)204-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ