Onlayn ictimai-siyasi qəzet
İyunun 2-si gündüzdən 4-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Qazax, Tovuz, Samux, Ağstafa, Salyan, İmişli, Sabirabad, Yevlax, Şirvan, Biləsuvar, Göyçay, Ağdaş, Ucar, Saatlı, Şamaxı, Xaçmaz, Şabran, Siyəzən, Altıağac, Şəki, Qax, Zaqatala, Balakən, Qusar, Quba, Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Masallı, Lənkəran, Astara, Naxçıvan MR-da şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ