Onlayn ictimai-siyasi qəzet
İlk yayımlanma zamanı: 03:43
Bakıda parklanma ilə bağlı SMS pullu olub.
Xezerxeber.az-ın məlumatına görə, "Azparking"də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 10 qəpik ödəniş çıxılması ilə bağlı məlumatlar yayılıb. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Məlumatı sürücülər də təsdiqləyib. Onların sözlərinə görə, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az istifadə edənlər də ümumilikdə 20 qəpik ödəniş etməlidirlər.
Bəzi sürücülər isə SMS-in ödənişli olduğu üçün mobil tətbiqdən istifadə edir.
Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu, yalnız iki mobil operator tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil.
"Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, "Azparking" mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. "Azparking" mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur", - deyə qurumdan qeyd edilib.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ