İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN məlumat yaydı: həbs olunanlar var - FOTO

Qusar rayonunda narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən şəxslər həbs olunublar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən Xaçmaz rayon sakini Talıbov Murad və Qusar rayon sakini Asvarov Omar saxlanılıblar.

QUSAR.jpg (89 KB)

Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR