Onlayn ictimai-siyasi qəzet
Laçında iki nəfər minaya düşüb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Musavat.com-a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.
Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.
04 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ