İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-dən polisin kuryeri tutacağı ilə bağlı iddialara cavab

Kuryerlik fəaliyyəti ilə məşğul olan vətəndaş Orxan Zeynalov ötən gündən sosial şəbəkələrdə polis tərəfindən təqib olunduğu və saxlanılacağı ilə bağlı məlumatlar yayıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Musavat.com-a bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir və O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR