Onlayn ictimai-siyasi qəzet
Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir.
Həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.
Musavat.com xəbər verir ki, Daxili İşlər Nazirliyi "Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayıb, sürücülərə çağırış edib.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ