İnsanlara hürriyət, millətlərə istiqlal!

“DİM-in bu il I ixtisas qrupu imtahanında edəcəyi dəyişiklik xaotik vəziyyət yaradacaq” – Ekspert

“DİM-in bu il I ixtisas qrupu imtahanında edəcəyi dəyişiklik xaotik vəziyyət yaradacaq”.

Musavat.com bildirir ki, bu fikri təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert məsələyə bu cür şərh verib:

“DİM I ixtisas qrupu üzrə RK və Rİ altqrupuna hər iki cəhd imtahanında iştirak etmək hüququ verməsə bu il I ixtisas qrupu üzrə ciddi sayda boş plan yeri qalacaq. Bu il edilən dəyişikliyə görə I qrupda abituriyent yalnız bir altqrupu seçə bilər. Halbuki III qrupa həm DT, həm də TC altqrupunu seçmək hüququ verilib. Əvvəlki illərin nəticəsi də göstərir ki, bu il tətbiq ediləcək yenilik I qrupda xaotik vəziyyət yaradacaqdır”.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR