İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilan və Engin Polat barəsində YENİ QƏRAR

Həbsdə olan türkiyəli fenomen Dilan Polat onun həyat yoldaşı Engin Polat və Sezgin Polat barəsində yeni qərar verilib. 

BAKU.WS xəbər verir ki, onların keçirilən məhkəmə prosesində onların Banu Parlakın gözəllik mərkəzinə silahlı basqın təşkil etməklə bağlı ittihamı düşüb. Dilan, Engin və Sezgin Polat növbəti məhkəməyə qədər yenidən həbxsanaya göndəriliblər.

Bu barədə türkiyəli jurnalist Emrullah Erdinç məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi.

Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR