İnsanlara hürriyət, millətlərə istiqlal!

“Deyirlər, Putinin kişiliyi çatsın, 5 ay da dözsün” – Əvəz Zeynallıdan müharibə proqnozu

“Bizdən fərqli olaraq Türkiyədə yerli analitiklər və televizyonşular Rusiyanı ciddi şəkildə dəstəkləyirlər”.

Musavat.com xəbər verir ki, bu sözləri TV Müsavatın “Canlı debat” verilişində Xural TV-nin rəhbəri Əvəz Zeynallı bildirib. Onun sözlərinə görə, son günlər dünyada baş verən bir çox siyasi qalmaqalların mərkəzində Rusiya faktoru dayanır. Belə ki, İngiltərənin baş naziri Boris Consonla bağlı etimad səsverməsini xatırladan Ə.Zeynallı bu məsələdə Rusiyanın rolunu vurğuladı: “İngiltərədə Boris Consonun üzərinə gedən Rusiya idi. Boris Conson İngiltərədə hakimiyyətdən getsəydi, nələr olacaqdı? Ya da Putin Rusiyada hakiiyyətdən getsə, nələr olacaq? Gələn il dünya tamam başqa düzəndə olacaq. Putindən sonra hədəfdə Ərdoğandır. Türkiyə indi niyə Putini və Rusiyanı dəstəkləyən havadadır? Bizdən fərqli olaraq türk analitikləri və televizyonçuları Rusiyanı ciddi şəkildə dəstəkləyirlər. Çünki bilirlər ki, sırada Ərdoğandır. Orda hamının əli Allahdadır ki, Putin heç olmasa 5 ay dözsün, kişiliyi çatsın, bir az dözsün”.

Videonun daha geniş versiyasının aşağıdakı link vasitəsilə izləyə bilərsiz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR