İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan həssas məsələlərlə bağlı çağırışlar

“Bu gün əksər Azərbaycan televiziyalarının efirini milli-mənəvi dəyərlərimizə zidd şou verilişləri bəzəyir".

Musavat.com bildirir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, televiziyalar bunu maliyyə gəlirləri ilə əlaqələndirirlər:

“Ancaq düşünürəm biz daha çox maarifləndirici, qələbəmizin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə yönəlmiş verilişlərə üstünlük verməliyik. Bu cür verilişlərin maliyyələşdirilməsi mexanizmləri barədə düşünməliyik".

Deputat qeyd edib ki, bəzi bölgələrdə, xüsusilə Bakıda çox ciddi məktəb sıxlığı var: "Bu da təhsilin keyfiyyətinə çox ciddi təsir göstərir. Bu məsələnin həlli istiqamətində tədbirlərin sürətləndirilməsinə ciddi ehtiyac var. Ali təhsil müəssisələrində, elmi müəssisələrdə, o cümlədən akademiya sistemində çalışan insanların maaşının artırılması məsələsinə baxılmalıdır. Bu gün bir sıra təhsil müəssisələrində maaşlar çox aşağıdır".

 

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR